Parlament epidemiya əleyhinə rejimi pozanların həbsinə “yaşıl işıq” yandırdıbackend

Parlament epidemiya əleyhinə rejimi pozanların həbsinə “yaşıl işıq” yandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cinayət Məcəlləsinə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması adlı 139-1-ci maddə əlavə olunur.

İnterpress.az-ın xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin iclasında müzakirə olunub.
Əlavəyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda – iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda – üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Layihə səsə qoyularaq qəbul edilib.

İnterpress.az