Bu gün AVRO-2020 və Tokio Olimpiadasının taleyi müzakirəyə çıxarılacaqbackend

Bu gün AVRO-2020 və Tokio Olimpiadasının taleyi müzakirəyə çıxarılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün ilin iki mötəbər yarışının – futbol üzrə Avropa çempionatı (AVRO-2020) və Tokio Yay Olimpiya Oyunlarının taleyinə aydınlıq gələcək.

İnterpress.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax beynəlxalq federasiyaların və milli olimpiya komitələrinin rəhbərləri ilə telekonfrans keçirəcək.

Burda 24 iyul – 9 avqust tarixlərində Yaponiyanın paytaxtı Tokioda keçirilməli olan Olimpiadanın taleyi müzakirə olunacaq. Yarışın azarkeşsiz təşkil olunması və ya təxirə salınması ilə bağlı müzakirələrin olacağı gözlənilir.

Həmçinin, UEFA bu gün Bakı vaxtı ilə saat 16:00-dan etibarən milli assosiasiyalar, Avropa Klublar Assosiasiyası və digər qurum nümayəndələri ilə videokonfrans keçirəcək. UEFA-nın onlayn konfransında AVRO-2020, avrokubokların pley-off oyunları, həmçinin milli çempionatlarla bağlı fikir mübadiləsi aparılacaq, bəzi qərarlar veriləcək.

Qeyd edək ki, dörd oyunu Bakıda keçiriləcək AVRO-2020-nin bir il sonraya təxirə salınacağı iddiası daha çox səsləndirilir.

İnterpress.az