Tom Henks və xanımı xəstəxanadan evə buraxılıbbackend

Tom Henks və xanımı xəstəxanadan evə buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusa yoluxan amerikalı aktyor Tom Henks və xanımı Rita Uilson Avstraliyada xəstəxanadan evə buraxılıblar. Bu barədə “Associated Press” xəbər yayıb.

Bundan sonra onlar kirayə götürdükləri evə yollanacaqlar.

Qeyd edək ki, Henks korifey musiqiçi Elvis Presli haqqında filmin çəkilişlərində iştirak etmək üçün xanımı ilə birlikdə Avstraliyaya getmişdi. Lakin sonradan onun koronavirusa yoluxduğu aşkarlanmışdı.

İnterpress.az