Azərbaycanlı döyüşçünün kəməri müdafiə edəcəyi turnirdə dəyişiklik olacaqbackend

Azərbaycanlı döyüşçünün kəməri müdafiə edəcəyi turnirdə dəyişiklik olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Fight Nights” MMA təşkilatı iki döyüş gecəsini təxirə salıb.

OnlıinePress.az xəbər verir ki, Soçidəki turnir iyun ayının sonuna, Maqnitoqorskdakı yarış isə iyulun 22-nə keçirilib.

Azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasovun çempionluq kəmərini müdafiə edəcəyi 18 apreldəki yarış ilə bağlı isə qərar qəbul edilməyib. Bununla belə, “Fight Nights”in prezidenti Kamil Hacıyev müəyyən dəyişikliyin olacağını bildirib:

“Moskvadakı idman tədbirlərinə aprelin 10-dək məhdudiyyət qoyulub. Lakin istənilən halda paytaxtdakı turnir tamaşaçıların sayı və xarici idmançıların (səfərlərə çıxmaq baxımından problemlə üzləşməsinə görə) iştirak edə bilməməsi ilə bağlı bir sıra dəyişikliklərə məruz qalacaq.

Eyni zamanda, Moskvadakı turnirin əvvəlcədən elan edilmiş tarixlərdə keçirilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyimizə sizi əmin etməyə hazıram”.

Qeyd edək ki, Nəriman Abbasovun rəqibi milliyyətcə gürcü olan Mixail Qoqitidzedir. Lakin Qoqitidze Rusiya vətəndaşı olduğundan, Nərimanın rəqibinin dəyişəcəyi gözlənilmir.

İnterpress.az