Bakıda sürücü 16 bıçaq zərbəsi ilə öldürüldübackend

Bakıda sürücü 16 bıçaq zərbəsi ilə öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qətl törədilib.

APA-nın məlumatına görə, hadisə paytaxt ərazisində yerləşən daş karxanalarından birində qeydə alınıb.

Özünə məxsus yük maşını ilə rayonlara daş daşıyan, Ağdaş rayon Aşağı Nemətabad kənd sakini, 1968-ci il təvəllüdlü Mahmudov Əziz Qurban oğlu 16 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Hadisənin kim və ya kimlər tərəfindən hansı məqsədlə törədildiyi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.