ABŞ miqrantları dərhal Meksikaya qaytarmağı planlaşdırırbackend

ABŞ miqrantları dərhal Meksikaya qaytarmağı planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezident administrasiyası Meksika ilə sərhədi qanunsuz keçən insanların tutulmasını dayandırmaq və onları dərhal vətənlərinə qaytarmaq niyyətindədir.

Bu barədə “The New York Times” məlumat yayıb.

Bildirilir ki, administrasiya koronavirus pandemiyası ilə mübarizə üçün belə bir tədbirin lazım olduğunu düşünür, çünki sərhədi keçən bir çox miqrantlar artıq xəstədir və ya onların sağlam olduqlarını sübut edən sənədləri yoxdur.

Ağ Ev nümayəndələrinin sözlərinə görə, nəzarət məntəqələri ABŞ vətəndaşları, yaşıl kart sahibləri və lazımi sənədləri olan xarici vətəndaşlar üçün açıq olacaq.

Bundan əlavə, nəzarət məntəqələrinin kommersiya nəqliyyatı üçün də açıq olacağı bildirilib.

İnterpress.az