“Avroviziya” təmsilçimiz bu çəkilişlərə qatılmayacaqbackend

“Avroviziya” təmsilçimiz bu çəkilişlərə qatılmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Samirə Əfəndi Niderlandda keçirilməsi planlaşdırılan “Avroviziya-2020” mahnı müsabiqəsinin postkart çəkilişlərinə qatılmayacaq.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb təşkilat komitəsinin koronavirusla bağlı Avropada tətbiq olunan karantin vəziyyətini nəzərə alaraq çəkilişləri ləğv etməsidir.

Müsabiqə rəhbərliyinin qərarına əsasən, tanıtım çarxları Amsterdam və digər şəhərlərdə lentə alınmayacaq, hər bir ölkənin iştirakçısı videoçarxı yaşadığı ərazidə çəkdirəcək.

Qeyd edək ki, qərardan əvvəl 41 ölkə təmsilçisi Niderlanda getməli və çarxları orada hazırlamalı idi.

İnterpress.az