“Brent” markalı neftin qiyməti 2016-cı ilin yanvarından bəri ilk dəfə 28 dollardan aşağı düşdübackend

“Brent” markalı neftin qiyməti 2016-cı ilin yanvarından bəri ilk dəfə 28 dollardan aşağı düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya bazarında neftin qiyməti 18 martdan azalmaqda davam edir. Koronavirus pandemiyası səbəbindən xammala tələbatın azalacağı qorxu yaradır.

ICE birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 2,5% ucuzlaşaraq, bir barel üçün 27,93 dollara düşüb. Bu, 2016-cı ilin yanvar ayından bəri minimum göstəricidir.

WTI markalı neftin qiyməti 3,93% azalaraq, bir bareli 25,93 dollara enib.

Xam neft istehsalının azalması və bununla bağlı ən böyük ixracatçılarda, xüsusilə Səudiyyə Ərəbistanında satış qiymətlərinin aşağı düşməsindən sonra OPEC+ sazişinin pozulması neftin kotirovkasının enməsinə səbəb olub.

İnterpress.az