Azərbaycan vətəndaşlarının Macarıstandan təxliyyəsinə başlanılır – RƏSMİbackend

Azərbaycan vətəndaşlarının Macarıstandan təxliyyəsinə başlanılır – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaşlarımızın Macarıstandan təxliyyə edilməsi üçün Azərbaycan hökuməti tərəfindən təşkil edilmiş Budapeşt-Bakı çarter reysinin bu gün saat 20:00-da Budapeşt beynəlxalq hava limanından yola düşməsi planlaşdırılır.

Bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib.

“Bununla əlaqədar olaraq, ilk növbədə 15 mart tarixindən 31 mart tarixinədək “WizzAir” şirkətinin Budapeşt-Bakı reyslərinə biletləri olan (tarix ardıcıllığı ilə) Azərbaycan vətəndaşlarının təxliyyəsi təmin ediləcək. Həmin şəxslərin pasportlarının surətlərini təcili olaraq (1 saat ərzində) mütləq qaydada səfirliyin [email protected] ünvanına göndərmələri və saat 16:00-da Budapeşt hava limanında olmaları zəruridir”, – deyə məlumatda qeyd olunub.

İnterpress.az