İranda ilaxır çərşənbədə tonqal 1101 nəfəri yandırdıbackend

İranda ilaxır çərşənbədə tonqal 1101 nəfəri yandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda ilaxır çərşənbə şənliklərində tonqaldan tullanarkən 3 nəfər ölüb, 1101 nəfər yaralanıb.

“Mehr” xəbər agentliyinin məlumatına görə, İranın Təcili Tibbi Yardım İdarəsinin mətbuat katibi Muctaba Xaledi bu barədə açıqlama verib.

O bildirib ki, yaralılardan 166-sı bədən üzvlərini, 416-sı isə görmə qabiliyyətini itirə bilər.

Ötənilki şənliklərdə 4 nəfər ölmüş, 1962 nəfər yaralanmışdı.

İnterpress.az