ÜST: Ölmüş insandan koronavirusa yoluxmaq mümkün deyilbackend

ÜST: Ölmüş insandan koronavirusa yoluxmaq mümkün deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölmüş insandan koronavirusa yoluxmağın mümkün olmadığını bildirib.

“UNN” xəbər verir ki, qurumun nümayəndəsi Kristian Lindmayer patogenin hava-damcı yolu ilə yayılması səbəbindən, ölmüş insan bədəninin təhlükə yaratmadığını bildirib.

“Bu halda heç bir təhlükə yoxdur. Lakin, məsələn,  “Ebola” virusu başqa cür hərəkət edir. Ona görə də “Ebola”ya yoluxanın həm dirisi, həm də ölüsü təhlükə mənbəyidir”, – deyə mütəxəssis vurğulayıb.

İnterpress.az