Bakıda hamilə qadın bətnindəki körpəsi ilə birlikdə öldübackend

Bakıda hamilə qadın bətnindəki körpəsi ilə birlikdə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda hamilə qadın ürək çatışmazlığından ölüb.

İnterpress.az xəbər verir ki, hadisə ötən gün səhər saat 08:00-da paytaxtın Topçubaşov adına Elmi-Tədqiqat Cərrahiyə Xəstəxanasında baş verib.

Gəncə şəhər sakini, 24 həftəlik hamilə olan 1989-cu il təvəllüdlü Ş.Mustafayevaya “mitral qabaq protezinin trombozu, kəskin ürək çatışmazlığı” diaqnozu ilə mart ayının 17-də ağır vəziyyətdə xəstəxanaya gətirilib. Xəstəxananın kardioreanimasiya şöbəsinə yerləşdirilən xəstəyə dərhal tibbi yardım göstərilib.

Həkimlər tərəfindən göstərilən tibbi yardıma baxmayaraq, 31 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb. Qadınla birlikdə bətnindəki körpə də tələf olub.

İlkin məlumata görə, Ş.Mustafayeva beş il əvvəl ürək əməliyyatı keçirib. Onun ürək çatışmazlığından ayın 18-i vəfat etdiyi bildirilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

İnterpress.az