10 yaşlı Nərmini qətlə yetirməkdə şübhəli bilinən İlkinin həbs müddəti artırıldıbackend

10 yaşlı Nərmini qətlə yetirməkdə şübhəli bilinən İlkinin həbs müddəti artırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi Rayon Məhkəməsində Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun həbs-qətimkan müddətinin uzadılması ilə bağlı verilən vəsatətə baxılıb.

Bu barədə Oxu.Az-a İ.Süleymanovun vəkili Əlibaba Rzayev məlumat verib.

O deyib ki, məhkəmə istintaq orqanının vəsatətini təmin edib və İ.Süleymanov barəsində həbs-qətimkan tədbiri dörd ay müddətində artırılıb.\\

Qeyd edək ki, Tovuz  rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilmiş və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də, iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Tovuz Rayon Məhkəməsi İ.Süleymanov barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.

İnterpress.az