Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycanda daha 10 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ

Azərbaycanda 10 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. 

Dərc edilib: 19 mart 2020 [16:01]
Baxış sayı: 13896

Azərbaycanda 10 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabinetinin yanında operativ qərargahdan AZƏRTAC-a verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir.

İnfeksiyaya yoluxmuş həmin şəxslər müxtəlif vaxtlarda Almaniya, Fransa, Türkiyə və İrandan  Azərbaycana qayıdıblar.

Hazırda Azərbaycanda 33 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, hər bir şəxsi Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Eyni zamanda, vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək kimi qaydalara əməl etmək tələb olunur.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 252