Tanınmış QHT rəhbəri də prezidentin yaratdığı fonda pul köçürəcəyini bəyan etdibackend

Tanınmış QHT rəhbəri də prezidentin yaratdığı fonda pul köçürəcəyini bəyan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi də prezidentin bu gün fərmanla yaratdığı Koronavirusla Mübarizəyə Dəstək Fonduna müəyyən miqdarda pul köçürəcəyi təşəbbüsü ilə çıxış edib.

Bunu Moderator.az-a açıqlamasında təşkilatın sədri Arzu Bağırova bildirib:

\”Mən bütün vətəndaş cəmiyyəti institutnun fəal təmsilçilərini ölkə başçısının bu gözəl təşəbbüsünə qoşulmağa səsləyirəm. Vətəndaş cəmiyyəti millətimizin yaxşı günündə də, ağır dönəmlərdə, taleyüklü zamanlarda da dövlətimizin yanında olub və bu gün də biz əsrin bəlasına çevrilmiş bu mənhus virusa qarşı ümummilli müqavimət hərəkatı yaratmalıyıq. Dövlətimizinbaşçısı əlindən gələn heç nəyi əsirgəmir və atdığı bütün addımları ilə ölkə vətəndaşlarının qayğısına qalır. Bir sözlə, dövlət üzərinə düşən hər şeyi edir və etməkdə davam edəcək. Vətəndaş cəmiyyəti olaraq bizim də üzərimizə düşən dövlət başçısının bu siyasətinə öz töhfəmizi verməkdir\”.