Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Real”ın hücumçusu Serbiyada həbs oluna bilər

Madridin “Real” klubunun serbiyalı hücumçusu Luka Yoviç koronavirusun yayılması fonunda doğma ölkəsində yeridilmiş karantinlə əlaqədar xoşagəlməz vəziyyətə düşüb.

Dərc edilib: 21 mart 2020 [12:16]
Baxış sayı: 18994

Madridin “Real” klubunun serbiyalı hücumçusu Luka Yoviç koronavirusun yayılması fonunda doğma ölkəsində yeridilmiş karantinlə əlaqədar xoşagəlməz vəziyyətə düşüb.

İdmançı rəfiqəsinin ad günündə iştirak etmək üçün Madriddə iki həftəlik məcburi karantin keçmədən Serbiyaya qayıdıb. Buna görə də, o, evini tərk edəcəyi təqdirdə həbs edilə bilər.

Bu barədə “Marca” Serbiyanın Prezidenti Aleksandr Vuçiçə istinadən xəbər verir.

“Düşünürəm ki, o, gördüyü işdən təəssüflənir, lakin Yoviçə vətəndaşlarımızın həyatının onun milyonlarından daha vacib olduğunu bildirmişəm”, - deyə Prezident qeyd edib.

Yoviç isə vətənində bu cür sərt karantin qaydalarının olduğunu bilmədiyini deyib.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 249