COVID-19-un nəticəsini 45 dəqiqəyə göstərən test sertifikatlaşdırıldıbackend

COVID-19-un nəticəsini 45 dəqiqəyə göstərən test sertifikatlaşdırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın “Cepheid” şirkəti COVID-19 ilə yoluxma testinin tətbiqi üçün Qida və dərmanlarının keyfiyyəti məsələləri üzrə İdarədən icazə alıb. Yeni test 45 dəqiqə ərzində nəticəni öyrənməyə imkan verir.

Şirkətin mətbuat xidməti tərəfindən yayılan məlumata əsasən, testin sertifikatlaşdırılması “təcili qaydada” aparılıb və çatdırılması gələn həftə başlayacaq.

Qeyd edilir ki, onun tətbiqi üçün “Cepheid” tərəfindən buraxılan avtomatlaşdırılmış “GeneXpert” analizatorunun olması lazımdır.

Hazırda ABŞ-da keçirilən testlərin əksəriyyəti koronavirusa yoluxmanın nəticəsini 1-4 gün ərzində bilməyə imkan verir.

İnterpress.az