Bakıda su xətti partladı, yol çökdübackend

Bakıda su xətti partladı, yol çökdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Səbail rayonu ərazisindən keçən su xətti partlayıb.

İnterpress.az xəbər verir ki, hadisə nəticəsində yol çöküb.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılı  açıqlamasında bildirib ki, ərazidən keçən su xəttində problem olub:

“Hadisə Səbail rayonunda – Elçin Əzizov küçəsində qeydə alınıb. “Jurnalistlər binası”nın yaxınlığındakı ərazidə su xəttində sızma baş verib. Nəticədə, yolun kiçik hissəsində çökmə müşahidə edilib.

Hazırda “Azərsu”nun ərazi üzrə briqadası əraziyə cəlb olunub. Qəzanın aradan qaldırılması istəqamətində zəruri tədbirlər görülür. Təxminən bir saat ərzində Elçin Əzizov küçəsinin içməli su ilə təminatı bərpa ediləcək”.

İnterpress.az