Bakıdakı “Formula-1” təxirə salındı – YENİLƏNİBbackend

Bakıdakı “Formula-1” təxirə salındı – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Formula-1” üzrə Azərbaycan Qran-prisi təxirə salınıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Formula-1”in “Facebook” səhifəsində məlumat yerləşdirilib.

Bildirilib ki, iyun ayında baş tutmalı olan Azərbaycan Qran-Prisi təşkilatçı ölkənin istəyilə təxirə salınıb. Buna səbəb koronavirus pandemiyasının bütün dünyada sürətlə yayılmasıdır.

13:09

“Formula-1” üzrə Azərbaycan Qran-Prisi təxirə salına bilər.

İnterpress.az motorsport.com-a istinadən xəbər verir ki, 5-7 iyun tarixlərində baş tutacaq Azərbaycan Qran-Prisinin təxirə salınacağı və bu gün bu barədə qərarın açıqlanacağı gözlənilir.

Belə olduqda mövsümün startı iyunun 14-də Monreal şəhərindəki Kanada Qran-Prisi ilə start götürəcək. Lakin hələ bu da dəqiq deyil. Çünki hazırkı duruma əsasən, Kanada bütün sərhədlərini xarici ölkələrin üzünə bağlayıb.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi üçün 10-15 min bilet artıq satılıb. Bu isə biletlərin yarıdan çoxunun satılması deməkdir.

İnterpress.az