“KLİMAT-X” MMC də Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıbbackend

“KLİMAT-X” MMC də Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda istilik sistemlərinin topdan satışı ilə məşğul olan “KLİMAT-X” MMC şirkəti  ölkədə yaranmış vəziyyətlə əlaqədar koronavirusa qarşı mübarizə kampanyasına qoşulub.

İnterpress.az-ın məlumatına görə, şirkət Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli, 1948 nömrəli sərəncamına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 5 min manat vəsait ayırıb.

Məqsəd koronavirus (COVİD-19) pandemiyasının geniş yayılmasının qarşısının alınması, ciddi preventiv tədbirlər həyata keçirilməsinə və pandemiyanın biznes və iqtisadiyyatın bir çox sahələrinə vurduğu təsirini qismən də olsa, aradan qaldırılmasına dəstək olmaqdır.

Qeyd edək ki, “Klimat-X” şirkəti Türkiyə istehsalı olan “KAS”, İtaliya istehsalı olan “Unidelta” borularının, Çexiya istehsalı olan “Termona” və Çin istehsalı olan “Comfort” kombilərinin Azərbaycanda rəsmi nümayəndəsidir.

İnterpress.az