Bakı-Sumqayıt istiqamətində hərəkət edən elektrik qatarlarının qrafiki dəyişdirildibackend

Bakı-Sumqayıt istiqamətində hərəkət edən elektrik qatarlarının qrafiki dəyişdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 28-dək Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldılıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən məlumat verilib.

Bildirilib ki, sərnişin tələbatını nəzərə alaraq, martın 24-dən martın 28-i də daxil olmaqla, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayında dəyişiklik edilir. 

Belə ki, sərnişinlərin diqqətinə çatdırılır ki, qeyd edilən tarixlərdə Bakıdan saat 17:00, 18:30 və 19:55-də yola düşən qatarlar, Sumqayıtdan isə Bakıya saat 17:45, 18:45 və 19:30 – da qayıtmalı olan qatarların hərəkəti ləğv olunur.

İnterpress.az