Türkiyədə koronavirusdan ölənlərin sayı artıbbackend

Türkiyədə koronavirusdan ölənlərin sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə yeni tip koronavirusdan (COVID-19) ölənlərin sayında artım olub.

İnterpress.az xəbər verir ki, dəhşətli xəstəlikdən vəfat edənlərin sayı yeddi nəfər də artaraq 44-ə çatıb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca “Twitter” səhifəsindən açıqlama verib.

Nazir qeyd edib ki, son 24 saatda 3952 şübhəli koronovirus analizindən keçib, onlardan 343-nün cavabı pozitiv çıxıb.

Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 1872-yə çatıb.

İnterpress.az