Ukraynada son vəziyyət: Ağır silahlardan atəş davam edir, onlarla adam həlak olubbackend

Ukraynada son vəziyyət: Ağır silahlardan atəş davam edir, onlarla adam həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Ukraynanın şərqində davam edən döyüşlər nəticəsində 20-dən çox adam həlak olub.

Ukrayna ordusu rusiyapərəst separatçıların mühasirəsində olan Debaltsevo şəhərində 19 əsgərini itirib.

Üsyançıların nəzarətində olan Donetsk şəhərində top atəşindən 5 nəfər həlak olub.

Ukrayna böhranının həllinə həsr olunmuş Minsk danışıqlarında ağır silahların döyüş zonasından çıxarılması və demilitarizasiya zolağının yaradılması məsələsinin də müzakirə olunacağı nəzərdə tutulub.

Dinc əhalinin öldürülməsi halları son həftələr ərzində artıb.

İnterpress.az