Bu ölkədə vizasız qalan azərbaycanlılara müraciət edildibackend

Bu ölkədə vizasız qalan azərbaycanlılara müraciət edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Almaniyadakı səfirliyi bu ölkədə vizasız qalan şəxslərə müraciət edib.

Məlumatda bildirilir ki, yaşayış icazəsi, yaxud milli vizanın (“D” vizası) müddəti bitən, eləcə də Almaniyada vizasız qalan üçüncü ölkələrin vətəndaşları (məsələn, azərbaycanlılar – red.) yaşayış icazələrinin/vizaların müddəti başa çatmadan əvvəl miqrasiya idarəsinə şəxsi görüş təyin etmədən yaşayış icazəsinin uzadılması üçün müraciət edə bilərlər.

Qeyd edilib ki, həmin idarələrin qərarı olana qədər yaşayış icazələri/vizaları etibarlı sayılır.

İnterpress.az