ATEV sədri Tənzilə Rüstəmxanlı İlham Əliyevin çağırışına qoşuldubackend

ATEV sədri Tənzilə Rüstəmxanlı İlham Əliyevin çağırışına qoşuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronovirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi davam edir.

İnterpress.az xəbər verir ki, tanınmış ictimai siyasi xadim Azərbaycan Türkiyə Evinin eyni zamanda Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, ölkə iqtisadiyyatına, əhalinin sağlamlığı və rifahına dəstək olmaq məqsədi ilə Prezident İlham Əliyevin sahibkarlıq subyektlərinin o cümlədən ölkə vətəndaşlarının sosial məsuliyyət, sosial həmrəylik nümayiş etdirmələri barədə tövsiyələrinə dəstək olaraq Koronovirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi dünyanı ağuşuna almış bu bəlanın Azərbaycanda yayılmasının qarşısının alınmasına, xəstəliklə mübarizə tədbirlərinə maliyyə yardımı göstərməkdir. Fond 2020-ci il dekabrın 31-dək fəaliyyət göstərəcək.