Ərəb ölkələrində koronavirusa yoluxma halları artıbbackend

Ərəb ölkələrində koronavirusa yoluxma halları artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərəb ölkələrində koronavirusa yoluxma halları artır.

“Anadolu” agentliyi xəbər verir ki, koronavirusun aşkar edildiyi Misir, Birləşmiş Ərəb Əmirliyi (BƏƏ), Qətər, İraq və İordaniyada virusa yoluxma halları artıb.

Liviyada isə virusa ilk yoluxma faktı aşkar edilib.

Misirdə koronavirusa yoluxanların sayı 402-yə, virusdan ölənlərin sayı isə 20-yə çatıb.

BƏƏ-də koronavirusa yoluxanlar 248 nəfərdir, bunlardan 45-nin sağaldığı qeyd edilir.

Koronavirusa yoluxma hallarının sayı Qətərdə 526-ya, İraqda 327-yə, İordaniyada isə 153-ə yüksəlib.

İnterpress.az