Azərbaycan-Gürcüstan sərhədindəki məntəqənin iş müddəti iki saata endirildibackend

Azərbaycan-Gürcüstan sərhədindəki məntəqənin iş müddəti iki saata endirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Sınıq körpü” sərhəd-keçid məntəqəsi yeni iş rejiminə keçib.

Bu barədə Report-a Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

Hər iki ölkə hökumətinin birgə razılığına əsasən, məntəqə saat 10:00-dan 12:00-dək fəaliyyət göstərəcək.

Səfirlikdən qeyd olunub ki, Azərbaycan və Gürcüstan vətəndaşlarının vətənlərinə qayıtması üçün xüsusi dəhliz fəaliyyət göstərir.

Xatırladaq ki, hazırda Azərbaycanla Gürcüstan arasında gediş-gəliş yalnız “Sınıq körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə mümkündür. Son günlər məntəqə saat 10:00-dan 18:00-dək fəaliyyət göstərib.

Ölkələr arasında yük daşımalarına heç bir məhdudiyyət tətbiq olunmur. Azərbaycan-Gürcüstan sərhədi aprelin 20-dək bağlı qalacaq.

İnterpress.az