Səbail Rayon İcra Hakimiyyəti əməkdaşlarından örnək addımbackend

Səbail Rayon İcra Hakimiyyəti əməkdaşlarından örnək addım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbail Rayon İcra Hakimiyyəti Aparatının bütün əməkdaşları bir aylıq vəzifə maaşlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.

Aparatdan  İnterpress.az verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasınını ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə görülən işlərin daha da operativ həyata keçirilməsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov və Rayon İcra Hakimiyyəti Aparatının bütün əməkdaşları bir aylıq vəzifə maaşlarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin \”Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 19 mart 2020-ci il tarixdə imzaladığı Fərmana əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.

İnterpress.az