Rusiyaya məxsus “Su-27” qırıcı təyyarəsi Qara dənizə düşübbackend

Rusiyaya məxsus “Su-27” qırıcı təyyarəsi Qara dənizə düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Su-27” qırıcı təyyarəsi Qara dəniz üzərində radarlardan itib.

RİA xəbər verir ki, faktı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, martın 25-də yerli vaxtla saat 20:10 radələrində planlaşdırılmış uçuşlar həyata keçirən “Su-27” qırıcı təyyarəsi Feodosiya şəhərindən 50 kilometr məsafədə radarlardan itib.

Təyyarənin Qara dənizə düşdüyü bildirilir. Hazırda əlverişsiz hava şəraitinə baxmayaraq, pilotun axtarışları gedir.

İnterpress.az