Parlamentin iclasında daha bir komissiyaya sədr seçiləcəkbackend

Parlamentin iclasında daha bir komissiyaya sədr seçiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclis yanında Toponimiya komissiyası yenidən təşkil ediləcək.

İnterpress.az-ın məlumatına görə, bununla bağlı məsələ parlamentin martın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Komissiyaya deputatlar, tarix və coğrafiya sahəsi üzrə alimlər üzv seçilir.

Bundan əvvəl parlamentin İntizam və Hesablayıcı komissiyalarına sədrlər seçilib. İntizam komissiyasının sədri Eldar İbrahimov, Hesablayıcı komissiyanın sədri isə Fəttah Heydərovdur.

Qeyd edək ki, beşinci çağırış Milli Məclisdə Toponimiya komissiyasının sədri İsa Həbibbəyli olub.

İnterpress.az