Məşhur “Marakana” stadionu xəstəxana kimi fəaliyyət göstərəcəkbackend

Məşhur “Marakana” stadionu xəstəxana kimi fəaliyyət göstərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur “Marakana” stadionunun daxil olduğu Braziliyanın Rio-de-Janeyro idman kompleksi koronavirusa yoluxanlar üçün müvəqqəti xəstəxana kimi fəaliyyət göstərəcək.

“Reuters” xəbər verir ki, yerli hakimiyyət kompleksdə neçə yataq olacağını hələ müəyyənləşdirməyib.

Həmçinin xəstəxananın futbol stadionunda və ya kompleksin başqa hissəsində qurulacağı bilinmir.

Xatırladaq ki, hal-hazırda Braziliyada 2,9 min nəfər koronavirusa yoluxub, 78 nəfər isə xəstəliyin qurbanı olub.

İnterpress.az