Bütün gecəni bağlı qapı arxasında – VİDEO – YENİLƏNİBbackend

Bütün gecəni bağlı qapı arxasında – VİDEO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Minskdə keçirilən danışıqlar bu gün səhər saat 11-də başa çatıb.

Görüşün nəticələri ilə bağlı Angela Merkel və Fransua Ollandin mətbuat konfransı keçirəcəyi bildirilir. Hələlik görüşün nəticələri barədə məlumat verilmir.

Bununla belə Minsk razılaşmasının 12 və ya 13 bənddən ibarət olacağı təxmin edilir.

***

İnterpress.az xəbər verir ki, Putin, Poroşenko, Olland və Merkelin danışıqları fevralın 11-də axşam saatlarında başlayıb və bütün gecəni davam edib. Bağlı qapı arxasında keçirilən görüşdə liderlər cəmi bir neçə dəqiqəliyinə otağı tərk ediblər.

Əvvəlcə ancaq liderlərin iştirak etdiyi görüşə zaman-zaman nümayəndə heyətlərinin üzvləri də qatılıb.


İnterpress.az