AZAL aviabiletlərin satışı ilə bağlı məlumat yaydıbackend

AZAL aviabiletlərin satışı ilə bağlı məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Hava Yolları” ASC aviabiletlərin satışını yalnız aviaşirkətin rəsmi saytından həyata keçirir.

Bununla bağlı AZAL məlumat yayıb.

“Hörmətli sərnişinlər, nəzərinizə çatdıraq ki, insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə Bakıda yerləşən satış ofislərimiz bağlandığından aviabiletləri yalnız aviaşirkətin rəsmi saytından əldə etmək mümkündür: www.azal.az

Rəsmi saytımızdan əldə edilmiş aviabiletlərin qaytarılması / dəyişdirilməsi ilə bağlı müştəri xidmətlərinə [email protected] e-poçt ünvanı vasitəsilə müraciət etməniz xahiş olunur.

Aviaşirkətin öz satış ofislərindən əldə edilmiş aviabiletləri isə Heydər Əliyev Beynəlxalq Aeroportu, Terminal 2-nin kassalarında dəyişdirə və ya qaytara bilərsiniz”, – məlumatda qeyd olunur.

İnterpress.az