Mədəniyyət Nazirliyi Xalq artistinin dəfn mərasimi ilə bağlı vətəndaşlara müraciət etdibackend

Mədəniyyət Nazirliyi Xalq artistinin dəfn mərasimi ilə bağlı vətəndaşlara müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qaya” vokal-instrumental ansamblının solisti Rauf Babayev 82 yaşında vəfat edib.

Mədəniyyət Nazirliyi koronavirus infeksiyasının qarşısının alınması məqsədilə Azərbaycanda tətbiq olunan xüsusi rejimin qaydalarına riayət olunması üçün Xalq artisti Rauf Babayevin dəfni ilə bağlı vətəndaşlara müraciət edib.

Bu barədə Report-a açıqlama verən İntiqam Hümbətov vətəndaşları karantin qaydalarına riayət etməyə çağırıb:

“Mətbuat vasitəsilə insanlara müraciət edirik ki, heç kim dəfn mərasiminə gəlməsin. Hökumətin karantin rejimi ilə bağlı qərarı var. Hamı buna əməl etməlidir. 10 nəfərdən artıq insanın bir yerdə toplaşmasına icazə yoxdur. Nazirlik mədəniyyət xadiminin itkisi ilə əlaqədar ailəsinə, yaxınlarına və xalqımıza başsağlığı verir”.

Qeyd edək ki, o, bu gün İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

Allah rəhmət eləsin!

İnterpress.az