Deputatların heç birində koronavirus aşkarlanmadı – RƏSMİbackend

Deputatların heç birində koronavirus aşkarlanmadı – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatlarının koronavirus təhlükəsi ilə əlaqədar keçdikləri həkim müayinələrinin nəticələri açıqlanıb.

Bu barədə  Azərbaycan parlamentinin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

O bildirib ki, deputatların analizlərinin cavablarının hamısı neqativ çıxıb, yəni onların heç birində koronavirus aşkarlanmayıb.

Qeyd edək ki, martın 30-da Milli Məclisin iclası keçiriləcək. Parlament sədri Sahibə Qafarovanın göstərişi ilə deputatlar iclas zalında bir-birindən iki metr aralıda oturacaqlar.

İnterpress.az