Qusarda oğul anasını qətlə yetiribbackend

Qusarda oğul anasını qətlə yetirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qusar rayonu ərazisində qətl hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xurel kəndində qeydə alınıb.  Kənd sakini, 1995-ci il təvəllüdlü Əhmədov Nail Hacıağa oğlu anası, 1971-ci il təvəllüdlü Əhmədova Maisə Aydəbəy qızını boğaz nahiyəsinə bıçaqla zərbə endirərək qətlə yetirib.

Qətli törətdikdən sonra N.Əhmədov hadisə yerindən qaçıb. Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb, istintaq əməliyyat tədbirləri aparılır.

İnterpress.az