BŞBPİ rəsmisi sürücülərə müraciət etdibackend

BŞBPİ rəsmisi sürücülərə müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz tövsiyə edirik ki, vətəndaşlar vacib işləri olmadıqca şəxsi avtomobilləri ilə çox hərəkət etməsinlər. Koronavirusla mübarizənin yollarından biri də evdə qalmaq, özünün və başqalarının həyatını təhlükəyə atmamaqdır\”.

Bunu APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib.

O bildirib ki, lüzumsuz, rayon qeydiyyatlı nəqliyyat vasitələri idarə edilməməlidir:

“Biz hər maşın sürənin cərimə olunacağını demirik. Çağırış və tövsiyə edirik ki, zərurət olmadan sürücülər evdən çıxmasınlar\”.

İnterpress.az