“Evdə qal, cəmiyyəti qoru” kampaniyasına “Addım” Gənclərin İnkişaf Mərkəzi də qoşuldubackend

“Evdə qal, cəmiyyəti qoru” kampaniyasına “Addım” Gənclərin İnkişaf Mərkəzi də qoşuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Addım” Gənclərin İnkişaf Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV-nin birgə başlatdığı “evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşulub.

Bu haqda məlumatı   \”Addım” Gənclərin İnkişaf Mərkəzinin sədri Kamil Həmidov verib.

Təşkilat sədri bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan edilən Koronavirus  Pandemiyasına qarşı qlobal səviyyədə mübarizə aparılır. \”Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası da bu qlobal çağırışa qoşularaq “Evdə qal, Cəmiyyəti qoru” kampaniyasına başlamışdır. Biz də “Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyi olaraq cənab Azay Quliyevin çağırışına qoşulduğumuzu, 2020-ci il qrant müsabiqəsinin qalibi olmuş layihəmizi koronavirusla mübarizə istiqamətinə yönləndirdiyimizi bəyan edirik\”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və  REAL TV Yayım Şirkətinin birlikdə koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə \”Evdə qal, cəmiyyəti qoru\” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına start verib. Kampaniyaya martın 27-də başlanılıb, paytaxtın bir çox rayonlarında monitorinqlər aparılıb, əhaliyə karantin qaydalarına ciddi şəkildə əməl etməyin vacibliyi çatdırılıb. Bu kampaniyanın ölkəmizin müxtəlif ərazilərində həyata keçirilməsi nəzərdə tutulub.

#EvdeQalCemiyyetiQoru #CemiyyetiQoru #Şura #QHT #VətəndaşCəmiyyəti #Yenicag #realtv #evdeqal