Çində son 24 saatda cəmi bir yoluxma qeydə alınıbbackend

Çində son 24 saatda cəmi bir yoluxma qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin materik hissəsində sutka ərzində cəmi bir nəfər koronavirusa yoluxub.

Bu barədə “İnterfaks” Çinin Dövlət Səhiyyə Komitəsinə istinadla xəbər yayıb.

Ümumilikdə 31 nəfərdə koronavirus aşkarlanıb ki, onlardan 30-u xarici ölkələrdən gələn şəxslərdir.

Hazırda Çin xəstəxanalarında 2400 nəfər var, onlardan 633-nün vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, martın 29-da Çin koronavirus epidemiyasının sona çatdığını elan edib.

İnterpress.az