Dünya bazarlarında neftin qiyməti ucuzlaşdıbackend

Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“West Texas Intermediate” (WTI) markalı neftin may fyuçerslərinin qiyməti üç faiz ucuzlaşıb.

Bu barədə Rbc.ru London ICE birjasına istinadən xəbər yayıb.

Martın 30-u Moskva vaxtı ilə 03:31-də (Bakı vaxtı ilə 04:31 – red.) WTI markalı neftin bir bareli 20,8 dollara satılıb. London birjasında nefin minimum qiyməti 20,06 dollar olub (Bakı vaxtı ilə 5:10).

Investing.com-un xəbərinə görə, WTI markalı neftin bir bareli 20,52 dollar təşkil edib.

WTI markalı neftin qiymətində 2002-ci ilin fevralından bəri ilk dəfə belə göstərici qeydə alınıb.

“Brent” markalı neftin qiyməti də üç % azalaraq, bir bareli 23,7 dollara düşüb.

İnterpress.az