Deputatlar evdən oturub səs verə biləcəklərbackend

Deputatlar evdən oturub səs verə biləcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin iclasında “Milli Məclisin Daxili Nizamnaməsi”nə dəyişiklik müzakirəyə çıxarılıb.

İnterpress.az-ın xəbərinə görə, Nizamnamənin 3-cü maddəsinə səkkizinci hissə əlavə edilib.

Bildirilir ki, parlamentin sədri Milli Məclisin, parlamentin komitə və komissiyalarının iclasları müəyyən dövr üçün real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edir.

İclaslarda deputatlar elektron imzalarla səsvermədə iştirak edə biləcəklər.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

OnlinePresss.az