Rezidentlər üçün də sınaq imtahanı pulsuz oldubackend

Rezidentlər üçün də sınaq imtahanı pulsuz oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən koronavirus infeksiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimi nəzərə alınaraq, rezidenturaya qəbul olmağa hazırlaşan tələbələrə dəstək göstərmək məqsədilə otk.az portalında yerləşdirilmiş rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə onlayn sınaq imtahanı (Azərbaycan və rus bölməsi üzrə) iyul ayınadək ödənişsiz olacaq.

Mərkəzdən verilən məlumata görə, yaxın günlərdə portala imtahanın birinci – baza fənlərində biliklərin qiymətləndirilməsi mərhələsi üzrə daha bir ödənişsiz yeni variant sınaq imtahanı yerləşdiriləcək. İmtahana buradan yazılmaq olar.

Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib və günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər.

Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, cavabları müqayisə etmək mümkündür.

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə otk.az-da “Təlimatlar” bölməsində tanış olmaq lazımdır.