Xüsusi karantin rejimi yaşı 65-i keçən deputatlara şamil edilməyəcəkbackend

Xüsusi karantin rejimi yaşı 65-i keçən deputatlara şamil edilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı 65 yaşdan yuxarı insanlara tətbiq edilən məhdudiyyətlər deputatlara şamil edilməyəcək.

İnterpress.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Qanunun 5-ci maddəsinə aşağıdakı məzmunda 2-ci hissə əlavə edilir:

“Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər Milli Məclisin deputatlarına şamil edilmir”.

Dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

OPnlinePress.az