Pakistanın İnsan Haqları üzrə Milli Komissiyası Dağlıq Qarabağdakı qondarma “seçkilər”i pisləyibbackend

Pakistanın İnsan Haqları üzrə Milli Komissiyası Dağlıq Qarabağdakı qondarma “seçkilər”i pisləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın İnsan Haqları üzrə Milli Komissiyasının sədri Əli Nəvaz Çouhan Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ regionunda keçiriləcək qondarma “parlament və prezident seçkiləri”ni pisləyib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın İslamabaddakı səfirliyinin yaydığı bəyanatda deyilir.

Komissiya sədri bildirib ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında qondarma “seçkilər” keçirməsi beynəlxalq normalara ziddir:

“2020-ci il martın 31-də Ermənistan tərəfindən işğal olunan Azərbaycanın Dağlıq Qarabağ regionunda yaradılmış qanunsuz rejimin qondarma “parlament və prezident seçkiləri”nin keçirilməsini qətiyyətlə pisləyirəm. Həmçinin, Ermənistanın Xocalıda Azərbaycanın mülki sakinlərinə qarşı törətdiyi soyqırımı aktını bir daha pisləyirəm. Ermənistan etdiyi təcavüzə və həyata keçirdiyi soyqırımına görə, məsuliyyət daşıyacaq”.

İnterpress.az