Skautlar Yer Saatı aksiyasına qoşulublar – FOTObackend

Skautlar Yer Saatı aksiyasına qoşulublar – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Skautlar Asossiasiyasının üzvləri Yer Saatı aksiyasına qoşulublar.

İnterpress.az xəbər verir ki, Asossiasiya üzvləri hər il olduğu kimi bu il də həmrəylik nümayiş etdiriblər.

Belə ki, 28 Mart 2020-ci il tarixində milyonlarla insanın qatıldığı bu aksiyaya Azərbaycan Skautlar Asossiasiyasının şəhər və rayonlarda yerləşən dəstə üzvləri də qoşularaq bir saatlıq işıqları söndürüb, planetimiz üçün diqqət, qayğı və sevgilərini nümayiş etdiriblər.

Qeyd edək ki, Yer Saatı (Earth Hour) aksiyası ilk dəfə 2007-ci ildə Avstraliyanın Sidney şəhərində təşkil olunub. Həmin aksiya zamanı 2.2 milyon şəhər sakini və 2,000-dən çox təşkilat qlobal iqlim dəyişikliyinə qarşı çıxaraq bir saatlıq işıqları söndürüblər.

2009-cu ilin mart ayında 100 milyonlarla insan üçüncü Earth Hour-da iştirak ediblər. 88 ölkənin 4000-dən çox şəhər planetin qorunmasına dəstək verməklə Earth Hour 2009-u həmin ilin iqlim dəyişikliyinə təşəbbüs göstərən ən böyük aksiyasına çevirdi.

2010-cu ilin mart ayının 27-si Earth Hour 128 ölkədə rekord sayda tərəfdaş toplayaraq dünyanın ən böyük kampaniyasına çevrildi. Asiyadan Avropaya və Afrikadan Amerikaya qədər olan möhtəşəm tikililərin işıqları söndürülüb. Müxtəlif ölkələrin sakinləri bir gündə eyni “Planetimizi qorumaq” məqsədilə birləşdilər.

Skautlar Yer Saatı aksiyasına qoşulublar - FOTO