Niderlandda Van Qoqun doğum günündə onun rəsm əsərini muzeydən oğurladılarbackend

Niderlandda Van Qoqun doğum günündə onun rəsm əsərini muzeydən oğurladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderlandda martın 30-da gecə saatlarında karantin səbəbi ilə bağlı olan “Singer Laren” muzeyindən məşhur rəssam Vinsent Van Qoqun əsərlərindən birini oğurlayıblar.

“Daily Mail” xəbər verir ki, söhbət 1884-cü ildə çəkilən “Yaz bağı” əsərindən gedir. Orada vaxtilə Van Qoqun yaşadığı Nuenen şəhərində rahibin yaz aylarında bağı təsvir olunub.

Məlumata əsasən, oğrular muzeyin şüşə qapılarını qıraraq içəri daxil olublar.

İnterpress.az