MSK-ya maliyyə hesabatı verən partiyaların sayı açıqlandıbackend

MSK-ya maliyyə hesabatı verən partiyaların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019-cu il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edən siyasi partiyaların sayı açıqlanıb.

İnterpress.az-ın məlumatına görə, dövlət qeydiyyatından keçmiş 32 siyasi partiya maliyyə hesabatını verib.

Qeyd edək ki, Azərbaycanda dövlət qeydiyyatından keçən 55 siyasi partiya var.

Siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq, MSK-ya təqdim edilir.

Bu barədə “Siyasi partiyalar haqqında” qanunda yazılıb.

İnterpress.az