İran XİN-dən Qarabağdakı qondarma seçkilərlə bağlı AÇIQLAMAbackend

İran XİN-dən Qarabağdakı qondarma seçkilərlə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Xarici İşlər Nazirliyi (XİN) Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçiriləcək qondarma \”seçkilərin\” Qarabağ münaqişəsinin həllini çətinləşdirəcəyi ilə bağlı xəbərdarlıq edib.

“TRT Haber”in məlumatına görə, İran XİN-in sözçüsü Abbas Musəvi Dağlıq Qarabağda bu gün keçirilməsi nəzərdə tutulan qondarma prezident və parlament “seçki”ləri ilə bağlı yazılı açıqlama verib.

“Biz iki qonşumuz – Azərbaycan və Ermənistan arasındakı problemlərin həllini çətinləşdirəcək və qarışıq hala gətirəcək istənilən təşəbbüsdən imtina edilməsinin zəruriliyinə inanırıq”, – deyə A.Musəvi bildirib.

“Seçki”lərin bölgədəki gərginliyi artıracağına işarə edən A.Musəvi deyib ki, İran bölgədə gərginliyi və anlaşılmazlığı artıracaq istənilən addıma qarşıdır.

O, bununla yanaşı, Dağlıq Qarabağ məsələsinin beynəlxalq hüquq çərçivəsində və sülh yolu ilə həllinin əhəmiyyətini vurğulayıb.

İnterpress.az