NATO Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımırbackend

NATO Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay rəsmi “Facebook” səhifəsində martın 31-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər”lə bağlı məlumat yayıb.

Azərbaycanın NATO yanındakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, məlumatda NATO-nun bu qondarma “seçkiləri” tanımadığı qeyd olunub.

Ceyms Appaturay həmçinin, ATƏT-in Minsk Qrupuna və həmsədrlərin bu məsələ ilə bağlı bəyanatına dəstək ifadə edib.

İnterpress.az