Daha bir ŞAD XƏBƏR: Bunlar ƏDV-dən azad olunacaq – SİYAHIbackend

Daha bir ŞAD XƏBƏR: Bunlar ƏDV-dən azad olunacaq – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bəzi vergi ödəyiciləri müvafiq müddətə ƏDV-dən azad edilir.

İnterpress.az-ın məlumatına görə, bu barədə iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən, sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlarda bildirilib.

Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi də planlaşdırılır. Bəzi məhsulların idxalının və satışının ƏDV-dən azad edilməsi də qarşıya məqsəd qoyulub.

Əhalinin ərzaq, tibb, digər zəruri məhsullara olan tələbatının qısa müddətdə, daha çevik tənzimlənməsi məqsədilə həmin məhsulların istehsalı ilə bağlı xammal və materialların ƏDV-dən azad edilməsi də proqramda öz əksini tapıb.

Həmçinin, epidemiyanın qarışının alınması ilə əlaqədar vergi ödəyicisi tərəfindən əvəzsiz xidmətlərin göstərilməsinə görə ƏDV-nin sıfır dərəcə ilə tutulacağı bildirilir.

İnterpress.az